1 Aprel, 2015
"Real Madrid"dən yeni TRANSFER

Portuqaliyanın "Portu" klubunun və Braziliya yığmasının futbolçusu Danilo İspaniya "Real Madrid"i ilə müqavilə bağlayıb. Simsar.az-ın Madrid klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı müdafiəçinin anlaşması 2021-ci ilədək qüvvədə olacaq.

Onun illik əmək haqqı 2 milyon avro təşkil edəcək. "Portu"ya isə bu transfer qarşılığında 31,5 milyon avro ödəniləcək.

Qeyd edək ki, Danilo iyunun 30-dan "Real Madrid"in oyunçusu olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!