1 Aprel, 2015
Eldar Qasımovdan yeni DUET - VİDEO

"Bu mənəm-2" layihəsinin maraqlı duet ortaqlarından biri “Avroviziya” yarışmasının qalibi Eldar Qasımov və “Uşaq Avroviziya” yarışmasının Azərbaycan təmsilçisi Rüstəm Kərimovdur. "Gülümsə" mahnısı ilə hər kəsi yalnız gülümsəməyə dəvət edən cütlüyün studiyada səs yazması da maraqlı keçib. Layihə rəhbərləri və hər bir mahnının musiqi müəllifləri Bəbir və Ülviyyə Bəbirlinin məlumatına görə, "Eldar mahnının aranjimanından tutmuş, məşq prosesləriinə kimi bizimlə oldu.Digər həmkarları qədər böyük həvəslə layihəyə dəstək oldu."
Qeyd edək ki, mahnının sözləri Ruhiyyə Rüstəmovaya məxsusdur.
Rüstəm Kərimov fortepiano dərsləri alır. Hər il Rəşid Behbudova həsr olunmuş yubiley konsertlərində iştirak edir. "Böyük səhnə" müsabiqəsində qonaq qismində çıxış edib.  2013-cü ildə Azərbaycani uşaq avroviziya müsabiqəsində layiqli şəkildə təmsil edib.

Başa çatmaqda olan “Bu mənəm-2”  - istedadlı uşaqlara dəstək göstərən sənətçilər arasında Eldar Qasımovla yanaşı, Tüznalə Ağayeva, Samira Allahverdi,Lalə Məmmədova, Təranə Mahmudova, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər və Gülnar Rəhman var.




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!