1 Aprel, 2015
Yəmənə hava zərbələri endirilib, 29 ölü var

Aprelin 1-ə keçən gecə koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində Yəməndə 29 nəfər ölüb.

Simsar.az-ın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, daha 24 nəfər xəsarət alıb.

Hava zərbəsinin Hodeyda şəhərindəki ərzaq məhsulları müəssisəsinin ərazisinə endirildiyi bildirilir. Hadisənin digər təfərrüatları məlum deyil.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə  başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!