1 Aprel, 2015
“Simurq” AZAL-a, “Neftçi” “Bakı”ya QARŞI

Bu gün Topaz Premyer Liqasında 27-ci turun görüşləri keçiriləcək.

Simsar.az xəbər verir ki, oyun günündə 3 qarşılaşma baş tutacaq. Bu tur paytaxt derbisi ilə yadda qalacaq. Belə ki, 3-cü pillədə qərarlaşan “Neftçi” turnir cədvəlinin sonuncusu – “Bakı”nı sınağa çəkəcək.

Avroliqa uğrunda mübarizə aparan “Simurq” və AZAL münasibətlərə Zaqatalada aydınlıq gətirəcək.
Çempionatın autsayderləri – “Xəzər Lənkəran” və “Sumqayıt” arasında qarşılaşma isə birincilərin meydanında baş tutacaq.
Topaz Premyer Liqası

XXVII tur

1 aprel
15:00. “Simurq” – AZAL

İlk 2 dövrədəki oyunlar: 2:0, 2:2
Zaqatala şəhər stadionu

17:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
İlk 2 dövrədəki oyunlar: 0:1, 2:1
“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “Neftçi” – “Bakı”
İlk 2 dövrədəki oyunlar: 1:0, 3:1
“Bakcell Arena”


Qeyd edək ki, bu tur “Qəbələ” istirahət edəcək. “Qarabağ” – “İnter” matçı isə sabah oynanılacaq.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!