1 Aprel, 2015
Bakıda bu rayonlarda qaz olmayacaq – SİYAHI

Motodrom ərazisinə gedən  orta təzyiqli qaz xəttinin üzərində aparılacaq işlərlə bağlı bəzi ərazilərə qazın verilişində məhdudiyyətlər yaranacaq. “Azəriqaz” İstehsalat Birliyindən Simsar.az-a verilən məlumata görə, görülən işlərlə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Binəqədi, saat 10:00-dan 15:00-dək isə Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!