1 Aprel, 2015
Bakıda məktəbdə YANĞIN

Bakı şəhərinin Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və qazanxananın ətrafına yığılmış məişət tullantıları 5 kv.m sahədə yanıb. Simsar.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!