31 Mart, 2015
Ölümə ikinci dəfə qalib gələn Tatlısesin ilk fotosu - FOTO

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısesin martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirəndən sonra ilk fotosu yayılıb.

Simsar.az-ın məlumatına görə, bu şəkli Tatlısesin oğlu İdo sosial şəbəkədə paylaşıb.

İdo həyatı təhlükə ilə üz-üzə qalmış müğənni ilə şəklini “indi sıra saqqalda” şərhi ilə paylaşıb.

Qeyd edək ki, İ.Tatlıses 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb.

Məşhur türkücü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşmışdı. 6 gün komada qalan İbonun oyandırıldıqdan sonra adi otaqlardan birinə köçürüldüyü bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!