31 Mart, 2015
Türkiyədə prokuroru girov götürən terrorçulardan yeni xəbər

Türkiyədə prokuroru girov götürən terrorçuların "Twitter" hesabları ələ keçirilib.

Simsar.az-ın məlumatına görə, "Gəzi Parkı" hadisələrini araşdıran İstanbulda prokuror Mehmet Səlim Kirazı girov götürənlə bağlılığı iddia edilən və bununla bağlı paylaşımlar edən "Twitter" hesabı hakerlər tərəfindən sındırılıb.

@aysekosan123 istifadəçi adıyla martın 27-dən etibarən paylaşımlarına başlayan hesab prokuror Mehmet Səlim Kirazın girov alındığı fotoşəkilləri paylaşmasıyla diqqətləri üzərinə çəkib.

Həmin hesabın terrorçu təşkilat işində gizli mesajlama ola biləcəyi iddia olunur.

Hazırda həmin hesabda ən son "Bu hesaba əl qoyulmuşdur" və "Hər şey TÜRK xalqı üçün" paylaşmaları edilib, əvvəlki paylaşmaların hamısı silinib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!