31 Mart, 2015
İraqın Tikrit şəhəri azad olunub

İraqın Tikrit şəhəri "İslam Dövləti" (İŞİD) terrorçularından tamamilə təmizlənib. Simsar.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İraqın baş naziri Heydər əl-Abadi bildirib.

Onun sözlərinə görə, artıq şəhər İraq hökumət qüvvələrinin nəzarəti altındadır və ölkənin bayrağı Səlahəddin əyalətinin inzibati binasının üzərində dalğalanır.

Qeyd edək ki, şəhər ötən ilin yayından İŞİD silahlı qruplaşmasının nəzarəti altındaydı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!