31 Mart, 2015
Hicran Hüseynova Qobustanda vətəndaşları qəbul edib

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Qobustan rayonunda vətəndaşları qəbul edib.

Komitədən Simsar.az-a verilən məlumata görə, Qobustandakı Gənclər Mərkəzində keçirilən qəbulda bu rayondan, eləcə də Ağsu, Şamaxı, İsmayıllı, Göyçay rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Qəbulda bu rayonlardan olan ailələr öz problemləri ilə bağlı müraciət ediblər. Komitə sədri vətəndaşların problemlərini dinləyib, bir çoxunun məsələləri elə yerindəcə həll edilib. Bu müraciətlər arasında qadın hüquqlarının müdafiəsi, erkən nikah, məşğulluq, mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinat, sağlamlıq, övladlığa götürülmə və digər məsələlr yer tutur. Eyni zamanda, komitənin fəaliyyətinə və səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Qəbul zamanı rayon sakinləri tərəfindən təkliflər və müraciətlər edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!