31 Mart, 2015
“Erməni soyqırımı”nı tanımıyanların cəzalandırılması qanun layihəsinin müəllifinə qarşı İTTİHAM
1915-ci ildə Türkiyədə assuriyaların soyqırımına məruz qaldığını iddia edən fransalı deputat Valeri Buaye plagiatda ittiham olunub.

Simsar.az-ın Avropa bürosunun məlumatına görə, yerli mətbuat bu il martın 11-də V. Buaye Fransa Milli Assambleyasına “1915-ci ildə assuriyalılara qarşı törədilmiş soyqırımın tanınması haqqında” yeni qanun layihəsini təqdim edən V. Buayenin müvafiq bilgilərin hamısını internetdən, “Wikipedia”dan götürdüyünü iddia edib.

Fransanın aparıcı KİV-ləri deputatın “plagiat”ını foto və linklərlə sübut ediblər.

Qeyd edək ki, bu il martın 11-də “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müəllifi V. Buaye Fransa Milli Assambleyasına “1915-ci ildə assuriyalılara qarşı törədilmiş soyqırımın tanınması haqqında” yeni qanun layihəsini təqdim edib. Qanun layihəsində “Pontik yunanların soyqırımı”,  “1916-cı ilin Says Piko sazişi və Diyarbəkir qətliamları” və “1923-cü il Lozanna sazişi” kimi məsələlər yer alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!