31 Mart, 2015
"Neftçi"nin səhmləri buraxılacaq" - Rövnəq Abdullayev

"AFFA İcraiyyə Komitəsində klubların ictimailəşdirilməsinə qərar vermişdik. "Neftçi" idman cəmiyyətində 5000-dək idmançı və mütəxəssis var idi. ". Simsar.az-ın məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Neft Şirkətinin inzibati binasında "Neftçi" klubunun Müşahidə Şurası üzvləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında R.Abdullayev "Azərneftyağ" bağlandıqdan sonra "Neftçi" futbol klubunun "Neftçi" İdman Klubunun tərkibinə verildiyini deyib. AFFA prezidenti 7 nəfərdən ibarət Müşahidə Şurası yaradımasına qərar verdiklərini bildirib.

O, Müşahidə Şurasının üzvlərinin adlarını da açıqlayıb: "Çingiz Abdullayevdən futbolu sevən şəxs kimi xahiş etdik ki, Müşahidə Şurasına üzv olsun. Eləcə də Mübariz Zeynalov, Səmədağa Qurbanov və Bəhram Bağırzadə razılıq verdi. Sadıq Sadıqov və SOCAR-dan 2 nəfər də şurada yer alacaq".

Məqsədin "Neftçi"ni ictimailəşdirmək olduğunu söyləyən R.Abdullayev klubu səhmlərinin buraxılacağını söyləyib: "100 min səhm buraxılacaq və idarə heyəti tərəfindən idarə olunacaq. Artıq klub rəhbəri təyinat aparmayacaq. "Sumqayıt" və s. səhmdar və ya şəxsi klub olacaq. Artıq kimsə kefi istəyəndə klubu bağlamayacaq. Rayonlarda, bölgələrdə ictimai klublar yaradılacaq. Artıq klub bir nəfərdən asılı olmayacaq. Kluba bir nəfər yox, bütün bölgə cavabdeh olacaq. Məncə bu, düzgün variantdır. Ona görə də birinci "Neftçi"dən başladıq. "Neftçi"nin idman cəmiyyəti tərkibinə verilməsi barədə qərar verdik. Müşahidə Şurası bu işə həvəslə və sevə-sevə girişir. İlk növbədə, "Neftçi"ni daxili aləmdə tanıtmalıyıq. Azarkeşsiz futbol - futbol deyil".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!