31 Mart, 2015
Çingiz Abdullayevə vəzifə verildi

Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Çingiz Abdullayev "Neftçi" futbol klubunun prezidenti seçilib. Simsar.az-ın məlumatına görə, yeni təyinata bu gün Dövlət Neft Şirkətinin inzibati binasında keçirilən Müşahidə Şurasına seçkilər zamanı qərar verilib.

Ç.Abdullayev bu postda Sadıq Sadıqovu əvəzləyib. Klubun Müşahidə Şurasında Mübariz Zeynalov, Səmədağa Qurbanov və Bəhram Bağırzadə, Sadıq Sadıqov və SOCAR-dan 2 nəfər yer alıb.

Qeyd edək ki, "Neftçi"nin sabiq rəhbəri Sadıq Sadıqov 2009-cu ildən klubun prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə "Neftçi" üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub və Azərbaycan futbolunda ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!