6 May, 2011
Rövnəq Abdullayev “donqili” sözünə etiraz etdi

Nazir Qüdrət Həsənquliyevə “belə danışmaq olmaz” şəklində irad bildirdi

Dövlət Neft Şirkəti, UQE-LANSER. LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunun layihəsinin Milli Məclisdə bu gün müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev kəskin ifadə işlədib. 

Q.Həsənquliyev xarici neft şirkətinin müqaviləyə əsasən 75 faiz, ARDNŞ-in isə 25 faiz paya sahib olmasından dolayı çıxış edərək belə bölgünün yolverilməz olduğunu deyib: “Mən UQE-LANSER. LTD barədə internetdə çox axtardım, amma informasiyaya rast gəlmədim. Belə qurumlara Naxçıvanda “donqili” deyilir.

ARDNŞ prezidenti, deputat Rövnəq Abdullayev həmkarının ifadəsinə raksiya verib: ““Donqili” dediyiniz şirkət 1 milyard dollara yaxın investisiya planları hazırlayıb. Hər “donqili” şirkətə beynəlxalq şirkətlər yüksək məbləğdə kreditlər vermir, onun haqqında rəy tərtib etmir. Amerika bankları “donqili” şirkətə milyard dollarlıq vəsaitlər açmaz”.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!