31 Mart, 2015
Tərtərdə raketin döyüş başlığı tapılıb - FOTO

Tərtər rayonu Şıxarx kəndi Daşarx adlanan ərazidə Partlamamış Hərbi Sursat (PHS) aşkar olunub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Tərtər Rayon İcra Hakimiyyətinin aidiyyəti üzrə müraciətinə əsasən martın 31-də ANAMA-nın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib. Aşkar olunan 1 ədəd “OQ-9” tipli idarə olunmayan qəlpə təsirli raketin döyüş başlığı götürülərək Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib və yerli əhalinin təhlükəsizliyi təmin edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!