31 Mart, 2015
Belçika XİN rəhbəri apreldə Azərbaycana gələcək
Belçika baş nazirinin müavini, xarici işlər naziri Didye Reynders aprelin 27-29-da Azərbaycana səfər edəcək.

Simsar.az-ın Belçika Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir həmçinin Ermənistana səfər edəcək.

D. Reynders regiona səfəri çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.

Xatırladaq ki, bu ilin əvvəlindən Belçika 6 ay müddətinə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!