31 Mart, 2015
Tanınmış kinorejissor Bakıya gəldi

Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkov Bakıda səfərdədir.

Kinorejissor Nizami Kino Mərkəzinin Mətbuat Klubunda Azərbaycan kinematoqrafçıları ilə görüşəcək. Rusiya kinosunun ən böyük simalarından olan Nikita Mixalkov "Beş gecə", "Piano üçün yarımçıq qalmış pyes" "Oblomovun həyatından bir neçə gün", "Şahidlərsiz", "Qara gözlər", "Urqa", "Günəşdən usanmışlar", "Sibir bərbəri", "12", "Günvurma" və bir çox başqa filmlərin müəllifidir. Səfər çərçivəsində Kann, Venesiya kimi dünyanın ən nüfuzlu kino festivallarının qalibi, "Oskar" mükafatı laureatı Nikita Mixalkovun gənc kinematoqrafçılar üçün ustad dərsi təşkil olunacaqdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!