6 May, 2011
TQDK-da Heydər Əliyevin anadan olmasının 88-ci illiyi münasibətilə mərasim keçirilib

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə anım mərasimi keçirilib

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə TQDK-nın Naxçıvan, Gəncə Lənkəran, Şəki və Quba regional bölmələri ilə canlı videobağlantı qurulub. TQDK sədri Məleykə Abbaszadə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən danışıb. Məleykə Abbaszadə qeyd edib ki, Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsil, elm və mədəniyyətin inkişafına göstərdiyi qayğı xüsusi yer tutur. Heydər Əliyev Sovet dövründə respublikaya rəhbərlik etməyə başladığı ilk illərdən ölkəmiz üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını xüsusi nəzarətə götürüb və ikinci dəfə respublika rəhbərliyinə qayıdışından sonra bu iş daha geniş miqyasda davam etdirilib.


Daha sonra tədbirdə çıxış edən TQDK sədrinin müavini Namiq Babayev, kollektivin üzvləri Heydər Əliyevin keçdiyi həyat yolundan və fəaliyyətindən danışıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!