6 May, 2011
Baş Prokurorluqda Heydər Əliyevə həsr olunan tədbir

Zakir Qaralov Heydər Əliyevin həyat və yaradıcılığından danışıb 

Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. 

Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə, Heydər Əliyevin Respublika Prokurorluğunun inzibati binasındakı büstü önünə əklil qoyub, xatirəsini yad ediblər. Sonra tədbir Respublika Prokurorluğunun Tarix Muzeyində davam etdirilib. Tədbirdə çıxış edən baş prokuror Zakir Qaralov Heydər Əliyevin həyat və fəaliyyətindən, prokurorluq, ədliyyə və məhkəmə-hüquq sisteminin təkmilləşməsindəki xidmətlərindən, bu sahəyə yetirdiyi diqqət və qayğıdan danışıb, onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.


Sonra iştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!