30 Mart, 2015
"Qarabağ"dan daha iki futbolçusuna yeni müqavilə

"Qarabağ” daha 2 futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Simsar.az-ın məlumatına görə, müdafiəçi Maksim Medvedev və yarımmüdafiəçi Vüqar Nadirov da karyerasını Ağdam klubunda davam etdirəcək.
Hazırda "Qarabağ”da müqavilə müddəti mövsümün sonuna qədər olan cəmi 2 futbolçu var ki, onlar da Maksimlə Vüqardı. Lakin mövsüm başa çatmadan hər 2 oyunçu ilə yeni müqavilənin bağlanması gözlənilir. Artıq rəhbərlik milli üzvləri ilə görüşüb və razılıqlarını da alıb. Çox güman ki, Nadirov 2, Medvedev isə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 28 yaşlı Vüqar Nadirov 2009-cu ildən, 26 yaşlı Maksim Medvedev isə 2006-cı ildən "Qarabağ”ın formasını geyinir. Hər 2 oyunçu elə Ağdam klubunun yetirməsidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!