30 Mart, 2015
Sarkisyan böyük itki etirafını etdi

Serj Sarkisyan hakimiyyəti əsgər itkilərini gizlətməyi Ermənistan mətbuatında cəbhə xəbərlərini yazmağı qadağan edir.

Simsar.az-ın məlumatına görə, Ermənistan silahlı qüvvələrinin son aylar verdiyi çoxsaylı itkilər fonunda İrəvanda əsgər analarının kütləvi aksiyalar keçirməsi Sarkisyan rejiminin media üzərində nəzarəti tam ələ keçirməsinə gətirib çıxartmaqdadır. Artıq bunun üçün ilk addımlar atılıb.

Ermənistan Müdafiə Nazirliyi hesab edir ki, Azərbaycan informasiya müharibəsində onları üstələyir. Nazirliyin nümayəndəsi Artsrun Ovannisyan verdiyi açıqlamada bunun günahını erməni mediasında görüb. Onun sözlərinə görə, erməni mediası Azərbaycanın yaydığı xəbərləri verməklə informasiya müharibəsində Bakının yanında olurlar: "Azərbaycan qəsdən belə məlumatlar yaymaqla Ermənistanda gərginlik yaratmaq istəyir".

Ovannisyan hesab edir ki, bundan sonra cəbhə ilə bağlı xəbərlərin monitorinqi olacaq və lazımi tədbirlər görüləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!