30 Mart, 2015
ABŞ-ı şoka salan hücum

ABŞ-ın Merilend ştatında Milli Təhlükəsizlik Agentliyinin (MTA) qərargahına hücum edilib.

Simsar.az-ın məlumatına görə, bu haqda ABŞ mətbuatı yazır.

Yerli telekanalların verdiyi xəbərdə bildirilir ki, qərargahın girəcəyində iki avtomobil yararsız hala salınıb. Avtomobillərdən biri polis furqonudur.

Hərbi formada olan bir neçə nəfər təcili yardımlarla xəstəxanaya göndərilib. Hazırda Milli Təhlükəsizlik Agentliyinin qərargahı yaxınlığında atışma gedir.

Qeyd edək ki, Vaşinqtonun yaxınlığında yerləşən MTA binasında təxminən 40 min insan işləyir.

Son məlumatlara görə, Merilend ştatında MTA binasında atışma nəticəsində hücum edənlərdən biri öldürülüb, digəri isə yaralanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!