30 Mart, 2015
Düşmən itkilərini ifşa edən fakt

Ermənistan silahlı qüvvələrində hərbçilər arasında vərəm xəstəliyi yayılıb.
Simsar.az-ın məlumatına görə, bu barədə erməni mətbuatı yazır.

Yerli əhali bildirir ki, dərmanların çatışmazlığı ucbatından yaralılar və vərəm xəstələrı üçün Qarakəndə dislokasiya olunmuş 3-cü polkun 4-cü batalyonunda səhra hospıtalı yaradılıb.

Məqsəd hərbi hissələrdə baş verən anarxiyani gizlətmək və müdafiə naziri Seyran Ohanyanı əsgər analarının qəzəbindən qorumaqdır. Hospitalıın yaradılması son vaxtlar ermənilərin cəbhə xəttində xeyli itki verməsindən də xəbər verir.

Bu məlumata münasibət bildirən müdafiə nazirliyinin rəsmiləri ANS PRESS-ə qarşı tərəfin daha çox itki verməsini, lakin bunu cəmiyyətdən gizlətdiyini bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!