30 Mart, 2015
İsrail kürd dövlətinin qurulmasını istəyir - ÇAĞIRIŞ

İsrailin BMT-dəki daimi nümayəndəsi Ron Prosor müstəqil Kürdüstan dövlətinin qurulması üçün dünya ölkələrinə müraciət edib.

Simsar.az xəbər verir ki, Tel-Əviv nümayəndəsi ABŞ, Çin, Rusiya, İngiltərə və Fransanın da daxil olduğu 61 ölkəyə səslənərək kürdlərin müstəqil bir dövlət qurmağına dəstək vermələrini istəyib:

“İŞİD-ə qarşı cəsarətlə vuruşan əsas qüvvə kürdlərdir. Onların beynəlxalq cəmiyyətin dəstəyinə ehtiyacı var və müstəqillik onların haqqıdır”.

İraqın BMT-dəki daimi nümayəndəsi Sərhad Sərdar bu çağırışla bağlı Rudav-a verdiyi açıqlamada 1991-ci ildən bəri Təhlükəsizlik Şurasının heç bir toplantısında kürdlərin bu cür gündəmə gətirilmədiyini bildirərək istehza ilə cavab verib:

“Bu gün BMT-də kürdlərin günüdür”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!