30 Mart, 2015
Futbolçular bu avtomobildən sağ çıxdılar - FOTOLAR

Yunanıstan millisinin 3 futbolçusu "Avro-2016"nın seçmə mərhələsində Macarıstanla səfər oyunundan sonra avtomobil qəzası keçirib.

Simsar.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bunlar Giannis Fetfasidis, Panagiotis Taçsidis və Vangelis Morasdır.

Hər üç futbolçunu komandanın məskunlaşdığı oteldən hava limanına aparan taksi qəzaya uğrayıb. Avtomobilin sürücüsünün öldüyü, futbolçuların isə yüngül xəsarət aldığı bildirilir.

Qeyd edək ki, Macarıstan - Yunanıstan oyunu 0:0 hesabı ilə başa çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!