30 Mart, 2015
Yeni qatarlar nə vaxt alınacaq bilinmir, ancaq...

“Hazırda “Bakı Metropoliteni” yeni qatarlar almayıb. Lakin gələcəkdə alacağımız yeni qatarların tekniki parametrlərinə uyğun olaraq havalandırma sisteminin tətbiqi nəzərdə tutulub”.

Bu barədə Simsar.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O bildirib ki, Bənövşəyi xəttin ilk stansiyaları olacaq Avtovağzal və Memar Əcəmi -2 stansiyalarının platformaları 7 vaqon üçün nəzərdə tutulsa da, ilk etapda 5 vaqonluq qatarlardan istifadə olunacaq: “Həmin qatarlar həm  havalandırma həm də digər üstünlüklərinə görə köhnə vaqonlardan seçiləcək”.
Onun sözlərinə görə, yeni qatarların nə vaxt alınacağı məlum deyil. “Bənövşəyi xətt istifadəyə veriləndə yeni qatarlar müasir standartlara cavab verən, güclü ventilyasiya, havalandırma, kondisioner sistemilə təchiz olunacaq” – Paşayev əlavə edib.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!