30 Mart, 2015
Serbiya Azərbaycan millisinə rəqib ola bilər

Azərbaycan millisinin yoldaşlıq oyunundakı növbəti rəqibi Serbiya yığması ola bilər. Simsar.az xəbər verir ki, bu məqsədlə AFFA Serbiya Futbol Federasiyası ilə danışıq aparır.

Bunu assosiasiyanın rəsmi saytı açıqlayıb. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə Azərbaycan – Serbiya yoldaşlıq oyunu millimizin təlim-məşq toplanışında olacağı Avstriyada keçiriləcək və iyun ayının əvvəllərinə təsadüf edəcək.

Qeyd edək ki, bu görüş AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də rəqib meydanında Norveçə qarşı keçiriləcək matça hazırlıq xarakteri daşıyacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!