30 Mart, 2015
Azərbaycanda gənələrin yeni növü aşkar edilib

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun əməkdaşı aktinedid gənələrin ölkə faunası üçün  bir neçə yeni növünü  aşkar edib. Akademiyadan Simsar.az-a verilən məlumata görə, araxnologiya laboratoriyasının biologiya üzrə fəlsəfə doktoru Oqtay Aslanov Qafqazın dağ-çöl və dağ-meşə qurşaqlarında apardığı araşdırma nəticəsində Qafqaz faunası üçün 1yarımfəsilə, 1 cins, 4 növ, Azərbaycan faunası üçün isə 3 cins və 4 növ müəyyən edib. Abşeron, Xaçmaz və Lənkəran ərazilərində apardığı tədqiqatlar nəticəsində isə O. Aslanov dünyada ilk dəfə olaraq
Spinibdellatenuirostris növünün (Bdellidae fəsiləsi) erkəyi və Neomolgus paracapillatus növünün dişisini tapıb.
Qeyd etmək lazımdır ki, bu sahə üzrə müxtəlif illərdə bir çox alim tərəfindən araşdırmalar aparılıb. Lakin 1986-cı ildən bu günə kimi aktinedid gənələrin tədqiqatı  yalnız Oqtay Aslanovun adı ilə bağlıdır.


Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!