30 Mart, 2015
Yəmənə quru əməliyyatı başlayır - AÇIQLANDI

“Yəməndə quru əməliyyatları bir neçə günə başlayacaq”.

Simsar.az xəbər verir ki, bu barədə Yəmənin Xarici İşlər naziri Riyad Yasin məlumat yayıb. O, Husilərə qarşı başladılacaq əməliyyata Səudiyyə Ərəbistanı liderliyindəki ərəb ölkələrinin qatılacağını açıqlayıb.

Artıq Səudiyyə Ərəbistanı ordusunun Yəmənlə sərhədə tanklar və zirehli texnikalar yığdığı bildirilib. Ölkənin ordu rəsmiləri isə əməliyyata hazır olduqlarını açıqlayıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!