30 Mart, 2015
Bakı və Nijnı Novqorod arasında birbaşa uçuşlar olacaq

"Azərbaycan Hava Yolları" QSC bu ilin əvvəlində Bakı-Nijnı Novqorod-Bakı marşrutu üzrə birbaşa mütəmadi aviareys açacaq. Bu barədə Simsar.az Nijnı Novqorodun "Striqino" beynəlxalq hava limanının saytına istinadən məlumat verir.

Bakı-Nijnı Novqorod-Bakı marşrutu üzrə birbaşa aviareyslər iyunun altısından həyata keçiriləcək.

Məlumatda bildirilir: "Uçuşlar "Embraer-190" təyyarələri ilə şənbə günləri həyata keçiriləcək. İyulun 29-dan başlayaraq isə qeyd edilən marşrut üzrə aviareyslər çərşənbə günləri də yerinə yetiriləcək".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!