30 Mart, 2015
Amerikalı milyarder Ukraynaya 1 mlrd. dollar yatıra bilər
Amerikalı milyarder Corc Soros Ukrayna iqtisadiyyatına 1 mlrd. dollar yatırım edə bilər.

APA-nın məlumatına görə, bu barədə C. Soros Avstriyanın “Der Standard” qəzetinə müsahibəsində deyib.

Milyarder Ukrayna üçün müsbət nümunə olmağa hazır olduğunu bildirib.

“Konkret investisiya təklifləri var. Məsələn, kənd təsərrüfatına yaxud da infrastruktur layihələrinə yatırım etmək. Mən milyard dollar yatıra bilərdim. Bu pul gəlir gətirməlidir”, - deyə o vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!