30 Mart, 2015
Azərbaycan nümayəndə heyəti Koreyaya gedəcək

Aprelin 23-24-də Koreyanın Seul şəhərində keçiriləcək BMÜTT-nin İpək Yolu üzrə İşçi Qrupunun 5-ci görüşündə Mədəniyyət və Turizm Nazirliyi təmsil olunacaq.

Görüş çərçivəsində İpək yolu üzərində beynəlxalq turizmin təkmilləşdirilməsi strategiyaları, birgə marketinq siyasəti və turizm məhsullarının yaradılması məqsədilə mədəni əlaqələrin gücləndirilməsi və bir sıra digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, görüşdə İpək yolu layihəsi ölkələri və YUNESKO nümayəndələrinin, habelə BMÜTT-nin seçilmiş üzvləri iştirak edəcək.

Nigar
Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!