30 Mart, 2015
TQDK "Abituriyent" jurnalının 1-ci sayında edilmiş dəyişikliklərlə bağlı məlumat verib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı "Abituriyent" jurnalının 1-ci sayında məlumat verib.
Komissiyadan Simsar.az-a verilən məlumata görə, jurnalda həmçinin ali təhsil müəssisələrinə və hərbi liseylərə qəbul imtahanı proqramları;
ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri; fənlər üzrə açıq tipli test tapşırığı nümunələri;
xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları; “Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları və test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası da dərc olunub.
Abituriyentlər jurnalı satışdan əldə edə və ya abiturient.az saytından sifariş edə bilərlər.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!