30 Mart, 2015
İran Türkiyəyə nota verdi – səfir XİN-ə çağrıldı

Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğanın İranın regiondakı siyasətini tənqid edən ifadələrinə görə Türkiyənin Tehrandakı nümayəndəsi İran Xarici İşlər Nazirliyinə çağrılıb.

Simsar.az Türkiyə mediasına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyi sözçüsü Mərziyyə Afham, rəsmi Ankaranın Tehrandakı müvəqqəti işlər vəkilini bu ölkənin Xarici İşlər Nazirliyinə çağıraraq prezident Ərdoğanın İran məsələsində işlətdiyi ifadələrə aydınlıq gətirilməsinin tələb olunduğunu bildirib.
Afham, Ərdoğanın İrana qrşı işlətdiyi sözlərin adət-ənənələrə zidd və əlverişsiz olduğunu nazirliyə çağıran Türk təmsilçisinə çatdırdığını qeyd edib.

Ərdoğanın sözlərindən üzüntü duyduqları və buna olan İranın etirazını Müvəqqəti İşlər Vəkilinə çatdırdıqlarını deyən Afham, Ankaradan bu barədə inandırıcı və aydın cavab istədiklərini söyləyib.

Bildirək ki, Türkiyənin Tehrandakı səfiri Rıza Hakan Tekinin İranda olmadığına görə yerinə müvəqqəti işlər vəkili Barış Sayqının Xarici İşlər Nazirliyinə çağırdığı bildirilir.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!