30 Mart, 2015
Jurnalist olmaq istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanda jurnalist ixtisası almaq istəyən abituriyentlərə ödənişsiz kurslar təşkil ediləcək. Simsar. az xəbər verir ki, bu Prezident yanında Bilik Fondu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə tərəfdaşlığı çərçivəsində "İlboyu bilik" proqramı üzrə "Yazmağı bacaracaqsan" layihəsi çərçivəsində həyata keçiriləcək.
Kurslarda abituriyentlərə qabiliyyət imtahanlarında uğur qazanmaları üçün esse yazmaq bacarıqları və vərdişləri aşılanacaq. Bakıda və Regionlarda keçiriləcək təlimlərə ali məktəblərin jurnalistika fakültələrində dərs deyən müəllimlər və təcrübəli jurnalistlər cəlb olunacaq.


Aysel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!