30 Mart, 2015
Azərbaycana qar yağır
Əvvəlcədən xəbər verildiyi kimi, ötən gündən başlayaraq Azərbaycanda qeyri-sabit hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlara sulu qar, qar yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Simsar.az-a açıqlamasında deyib ki, artıq ölkənin bəzi bölgələrində yağışın sulu qara keçməsi müşahidə edilir. Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi ərazilərində isə sulu qar və qar yağır. Bakıda və Abşeron yarımadasında da yağıntılı hava şəraiti müşahidə olunur.

A. Verdiyev bildirib ki, Azərbaycanda havaların qeyri-sabit keçməsi, qarın yağması mart ayı üçün xarakterikdir. Ayrı-ayrı illərdə də mart ayında bu cür hava qeydə alınıb. Belə ki, ötən il də martın 30-da və 31-də ölkədə qeyri-sabit sabit hava şəraiti müşahidə olunub. Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!