30 Mart, 2015
Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimləri yekunlaşıb
Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Ankarada 22-29 mart tarixlərində keçirilən təlimləri başa çatıb.

Simsar.az-ın Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təlimlərdə Türkiyədən bir xüsusi təyinatlı tağım (tim), iki helikopter və bir nəqliyyat təyyarəsi, Azərbaycandan isə bir xüsusi təyinatlı tağım iştirak edib.

Təlimlərin məqsədi iki ölkə xüsusi təyinatlıları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək, qarşılıqlı təcrübə mübadiləsi olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!