30 Mart, 2015
Papadan ermənilərə rədd CAVABI

Ermənilərin 1915-ci il hadisələri üçün Vatikandan xüsusi ayin istəmələrinə Papadan rədd cavabı gəlib.

Bu barədə Trend Türkiyənin Haber7 telekanalına istinadən məlumat verir. Məlumata əsasən, Türkiyənin Vatikandakı səfiri Mehmet Paşacı deyib ki, Vatikanda 12 apreldə ermənilər üçün xüsusi ayin keçirilsə də, bu ayına "Yüz il qurbanları” adı verilməyəcək.

Paşacının sözlərinə görə, Vatikanın keçiriləcək ayinə “ Yüz il qurbanları” adı verməməsi Türkiyə diplomatiyasının səssiz uğurudur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!