30 Mart, 2015
Azərbaycanda vəzifəli şəxs göldə batıb
Şabran rayonunda bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, Şabran Rayon İcra Hakimiyyəti başçısının Şahnəzərli İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi, 1986-cı il təvəllüdlü Soltanov Ağalar Mürsəl oğlu göldə boğularaq olub.

Hadisə A. Soltanov rayonun dünən axşam Daşlıyataq kəndində əmisinin şəxsi təsərrüfatında olan göldə balıq tutarkən qeydə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!