30 Mart, 2015
Qazaxıstan sərhədçiləri 4 azərbaycanlını SAXLADI

Qazaxıstan sərhədçiləri Xəzər dənizində 4 azərbaycanlı brakonyeri saxlayıblar.

Simsar.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya əsasən, brakonyerlər saxlanılarkən silahdan istifadə olunub və onlardan çoxlu sayda nərə balığı müsadirə edilib: “Saxlanılan 4 azərbaycanlı əlavə asma qayıq motoru ilə təchiz olunmuş “Bayda” tipli qayıqla brakonyerlik fəaliyyəti ilə məşğul olublar. Sərhəd pozucuları Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinə məxsus “Taraz” gəmisində olan sərhədçi heyətin tələbinə reaksiya verməyərək sürəti artırıb və Qazaxıstanın daxili sularından qaçmağa çalışıblar. Havaya 2 xəbərdarlıq atəşi açılıb, brakonyerlər təslim olublar. Silah tətbiqi zamanı xəsarət alan olmayıb. Qayığa baxış zamanı ümumilikdə çəkisi 946 kq olan kallada ilə dolu 25 qutu və 240 ədəd nərə balığı aşkar edilib”.

Saxlanılma ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!