30 Mart, 2015
Polşalı nazir Azərbaycana işgüzar səfər edəcək

Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski may ayında Azərbaycana səfər edəcək.

Polşanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, səfər may ayının ikinci yarısında baş tutacaq.

"Y.Pexoçinski Azərbaycanda mayın 21-25-də keçiriləcək aqrar-sənaye sərgisini ziyarət edəcək, eləcə də bir sıra nazirlərlə görüşlər keçirəcək", - diplomatik missiyadan bildiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!