30 Mart, 2015
Milli Məclis Elman Rüstəmovu müzakirə edəcək

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə iki üzv seçiləcək. Milli Məclisdən (MM) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı MM-in aprelin 3-də keçiriləcək plenar iclasında "Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında" layihə müzakirə olunacaq. Belə ki, həmin məsələ iclasın gündəliyinə martın 29-da daxil edilib.

Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyünə iki nəfərin namizədliyi irəli sürülüb. Bu şəxslər Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmov, digəri isə onun müavini Xəqani Abdullayevdir.

Onların hər ikisinin səlahiyyət müddəti bu həftə başa çatır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!