30 Mart, 2015
Üçüncü sınaq imtahanına yazılış başlayıb

TQDK tərəfindən abituriyentlər üçün üçüncü sınaq imtahanı aprelin 19-da keçiriləcək. Komissiyadan Simsar.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat başlayıb.
Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsi ilə (http://eservices.tqdk.gov.az/sinaq/) şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!