30 Mart, 2015
Portuqaliya və Almaniya qalib oldu, Polşa heç-heçə etdi – VİDEO

Ötən gün “Avro-2016”nın seçmə mərhələsində 5-ci turun növbəti görüşləri keçirilib. Simsar.az xəbər verir ki, oyun günündə 3 qrupda 8 qarşılaşma baş tutub.

“İ” qrupunda “Qarabağ”ın futbolçuları Ansi Aqolli və Admir Telinin çıxış etdiyi Albaniya millisi Ermənistanı qəbul edib. Görüş meydan sahibləri üçün yaxşı başlamasa da, sonda sevinən tərəf albanlar olub.

Qrupun digər matçında Portuqaliya Serbiyanı məğlub edib.

“D” qrupunda mübarizə aparan Almaniya millisi Gürcüstanı üstələyib. Lider Polşa isə İrlandiya ilə sülh bağlayıb.

AVRO-2016-nın seçmə mərhələsi, V tur

29 mart

Dqrupu

Gürcüstan – Almaniya - 0:2

Qollar: Roys, 39, Müller, 45

Şotlandiya – Cəbəllütariq - 6:1

Qollar: Maloney, 18; 34-pen, Fletçer, 29; 77; 90, Naysmit, 39 – Kaskyaro, 20

İrlandiya – Polşa - 1:1

Qollar: Lonq, 90+1 - Peszko, 26

F qrupu

Rumıniya – Farer adaları - 1:0

Qol: Keseru, 21

Şimali İrlandiya – Finlandiya - 2:1

Qollar: Lafferty, 33; 38 - Sadiqk, 90+1

Macarıstan – Yunanıstan - 0:0

İ qrupu

Albaniya – Ermənistan - 2:1

Qollar:  - Mavray, 77, Qaşi, 81 - Movsisyan, 4

Portuqaliya – Serbiya - 2:1

Qollar: Karvalyo, 11, Koentrao, 63 - Matiç, 61

Vüsal Məmmədzadə



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!