29 Mart, 2015
Generalların həbsi başladı

Ukrayna ordusunda artıq generallar həbs edilməyə başlanılıb.

Simsar.az-ın məlumatına görə, bu barədə Ali Rada sədrinin müavini Andrey Parubiy açıqlama verib.

Onun gözlərinə görə, generalların həbsi korrupsiya ilə bağlıdır.

"Bu il ərzində korrpusiya ilə məşğul olan xeyli general həbs edilib. Lakin bütün bunları ictimailləşdirilmədi. Belə lazım idi. ABŞ Ukrayna ordusu üçün quru yeməklər göndərəndən bir neçə həftə sonra həmin yeməklər internetdə satışa çıxarıldı. Bununla məşğul olan xeyli korrupsioner general həbs edildi", - deyə Parubiy bildirib.

Sədr müavini onu da bildirib ki, korrpusiya ilə mübarizə həmişə ictimailəşdiriləcək.

Qeyd edək ki, Ukrayna prezidenti bəyan edib ki, korrupsiya ilə mübarizə erası başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!