29 Mart, 2015
Yəməndə toqquşmalar səngimir: 38 ölü
Yəmənin cənubunda yerli özünümüdafiə dəstələri və şiə üsyançıları (husilər) arasında baş verən toqquşmalar nəticəsində 38 nəfər ölüb.

Simsar.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Sky News-Arabia” telekanalı məlumat yayıb.

Məlumatda çoxsaylı yaralıların olduğu bildirilir.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə  başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!