29 Mart, 2015
Türkiyədə ağır qəza: Ölənlər var
Türkiyənin cənub-şərqində baş verən ağır yol qəzası nəticəsində 12 nəfər ölüb.

Simsar.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Şanlıurfa - Ağcaqala yolunda qeydə alınıb.

Məlumata əsasən, yolda minik avtomobili, sərnişin mikroavtobusu və beton qarışdıran maşın toqquşub. Ölənlər arasında azyaşlıların da olduğu bildirilir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!