29 Mart, 2015
31 mart soyqırımı Ankarada anılacaq

“TRT Avaz” telekanalı 31 Mart soyqırımı ilə əlaqədar Ankarada özəl toplantı keçirəcək. Bunu Simsar.az-a açıqlamasında TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan deyib. O bildirib ki, tədbirə Azərbaycandan Diasporla ilə iş üzrə səlahiyyətli Valeh Haciyev, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və digər şəxslər qatılacaq. Tədbirdə “Karabağın sessiz çığlığı” adlı sənədli film nümayiş olunacaq.
Arslan, sonda Çingiz Mustafayev mükafatının veriləcəyini də bildirib: “Xəbər Kameramanları Dərnəyinin mükafatlandırma mərasimi olacaq və orada bizə Çingiz Mustafayev adına mükafat veriləcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!