6 May, 2011
Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi yeni binada fəaliyyət göstərəcək

Bina iki mərtəbəli olacaq

Uzun illərdir ki, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin binası yoxdur. Artıq Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə İdarə üçün yeni binanın inşasına başlanılacaq. 

Bu barədə Simsar.az-a idarənin rəisi Mina Məlikova bildirib. Onun sözlərinə görə, tikinti işlərinə may ayının sonlarında başlanılacaq. Bina iki mərtəbədən ibarət olacaq. Tikilidə 20-dən çox iş otağı müasir şərtlərə cavab verəcək. Binada müxtəlif sənət nümunələrinin nümayişi üçün xüsusi otaqlar da nəzərdə tutulur. Tikilinin 2 il müddətinə istifadəyə verilməsi planlaşdırılır. Hazırda Gəncə şəhər Mədəniyyət və Turizm Idarəsinin kollektivi «Uğurlu xan» Karvansarayının binasında fəaliyyət göstərir.

Vüsalə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!