29 Mart, 2015
Azərbaycan Rusiyadan 1 medalla qayıdır

Rusiyada taekvondoçular arasında olimpiya çəki dərəcələri üzrə keçirilən Avropa çempionatına yekun vurulub. Taekvondo Federasiyasından Simsar.az-a verilən məlumata görə, ilk dəfə təşkil olunan yarışda Azərbaycan millisi 1 medal qazanıb.

Komandamızın heyətində fəxri kürsüyə Radik İsayev qalxıb. +80 kq çəki dərəcəsində çıxış edən Avropa çempionumuz yalnız finalda rusiyalı Vladislav Larinə uduzduğundan, ikinci yerlə kifayətlənib. O, bununla da aktivinə 6 reytinq xalı əlavə edib.

Qeyd edək ki, millimiz Nalçikdə baş tutan yarışa 4 çəki dərəcəsində 7 idmançı ilə qatılmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!